Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirildi.

26 fevral 2020 | 16:00

Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Tədbirlər çərçivəsində 26 fevral 2020-ci ildə rayonun Soyqırım abidə kompleksində 28-ci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. 

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları soyqırıma məruz qalmış şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyaraq vətən yolunda canından keçmiş şəhidlərimizin xatirəsini böyük ehtiramla yad etdilər. Anım tədbirində insanlığa sığmayan bu qanlı faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinin vacib olduğu vurğulandı. 

Daha sonra Hacıqabul şəhər Mədəniyyət evində rayon mədəniyyət işçiləri tərəfindən “Xocalı harayı” adlı səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Hacıqabul rayon mədəniyyət işçilərinin təşkilatçılığı və iştirakı ilə nümayiş olunan kompozisiyada Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu göstərilmiş, eyni zamanda yetişməkdə olan nəsildə işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inam yaratmaq, onların vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissi aşılanmışdır.

 

Keçidlər