Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhərində səyyar qəbul-görüş keçirildi.

27 fevral 2020 | 16:00

27 fevral 2020-ci il tarixdə Hacıqabul şəhərində səyyar qəbul-görüş keçirildi. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib. İlk öncə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək , ölkədə iqtisadi inkişafın dayanaqlığının təmin olunduğunu, respublikamız bu gün də dinamik inkişafı etdiyini, xalqımızın əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşadığını diqqətə çatdırmışdır.

Cənab İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində ölkəmizdə sənayeləşmə templərinin yüksəldiyini, yüzlərlə müasir və yeni sənaye müəssisələrinin yaradıldığını və tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artdığını, ixracın həcminin yüksəldiyini bildirmişdir. Rüstəm Xəlilov vurğulayıb ki, 2020-ci il ərzində Hacıqabul rayonunda həyata keçiriləcək sosial-infrastruktur layihələr çərçivəsində məktəb binalarının əsaslı təmir olunması, magistral və məhəllədaxili yolların təmir və bərpası, piyada səkilərinin salınması, şəhərin işıqlandırmasında əsaslı tədbirlərin görülməsi, şəhər ərazisində yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, küçə və prospekt boyunca xeyli sayda ağac və bəzək kollarının əkilməsi və digər layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

Şəhər sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda qəbulda iştirak edən sakinlər tərəfindən qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər