Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus pandemiyası ilə əlaqədar profilaktik söhbətlər aparılmışdır.

28 mart 2020 | 16:00

Hacıqabul rayonunda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının  yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə maarifləndirici və profilaktik söhbətlər aparılmışdır. Ölkə ərazisində koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilməkdədir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün 2020-ci il martın 24-də saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilib.

Qeyd edək ki, bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə mobil qruplar təşkil edilmişdir.

Rayonun bütün kənd və qəsəbələrində İcra Hakimiyyəti, bələdiyyə və rayon polis şöbəsinin əməkdaşlarından ibarət mobil qruplar əhalinin sıx toplaşa biləcəyi ərazilərdə sakinlərlə profilaktik söhbətlər edir, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü vacib olmadıqda evdən çıxmamaqları barədə xəbərdarlıq edilir. 65 yaşdan yuxarı sakinlərin isə evdən çıxmalarının qadağan edilməsi nəzərlərinə çatdırılıb. 

Proses xüsusi karantin dövrü  ərzində müntəzəm olaraq aparılacaqdır.

Keçidlər