Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda pambıq əkininə start verildi.

09 aprel 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov pambıq əkini işlərinin gedişi ilə yerində tanış oldu. Fermer təsərrüfatlarında növbəlilik əsasında aparılan işlər arat olunan sahələrdə, xüsusi texnikalar vasitəsilə həyata keçirilir. Əkilən pambıq çiyidi daha məhsuldar və xəstəliyə davamlı sortlar vasitəsilə aparılır. 

Hacıqabul fermerləri ağ qızıldan yüksək gəlir əldə etmək üçün sahələrdə işlərə başlayıblar. Aprel ayının 8-dən başlayan səpin qısa müddət ərzində nəzərdə tutulmuş sahələrdə aparılacaqdır. Bunun üçün pambıq “P-Aqro” MMC tərəfindən təsərrüfat sahiblərinə çiyidinin və gübrənin satılması, eləcə də traktor və texnikalar təklif olunur.

Keçidlər