Şriftin ölçüsü :

Saytın rəngi :

Penitensiar Xidmət Hacıqabul rayonunda yardım aksiyası keçirib.

17 aprel 2020 | 16:00

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Hacıqabul rayonunda xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, yaşı 65-dən yuxarı olan tənha şəxslərə, eləcə də əlil və aztəminatlı 157 ailəyə ərzaq yardımı etdi. 

Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib. Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər