Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda qanvermə aksiyası keçirilib.

23 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Hacıqabul rayonu da qoşulub. Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun iştirakı ilə könüllü qanvermə aksiyası keçirilib. 

Aksiyada rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının işdə olan və sağlamlığı imkan verən əməkdaşları və YAP-ın könüllüləri iştirak ediblər.

Keçidlər