Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə video-konfrans keçirildi.

24 aprel 2020 | 16:00

24 aprel 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə video-konfrans keçirildi. 

Rayon İcra Hakimiyyətinin başçısı onlayn video-konfrans zamanı ərazidə aparılan dezinfeksiya işləri, xüsusi karantin rejiminə vətəndaşlar tərəfindən riayət olunması, kənd təsərrüfatı işlərinin gedişi və kəndlərdə yaşayan ahıl şəxslərin hərəkət məhdudiyyətlərinin təmin edilməsi vəziyyəti ilə maraqlanmış və rayonun Atbulaq, Qızılburun, Talış kənd, Muğan qəsəbə və Hacıqabul şəhər inzibati ərazi dairələri üzrə nümayəndələrinə bu məsələlərin diqqətdə saxlanılmasını tövsiyə edildi. 

Bildirilmişdir ki,  inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə keçirilən onlayn konfransın əsas məqsədi əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə nail olmaqdır.

Keçidlər