Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə növbəti video-konfrans keçirildi.

02 may 2020 | 16:00

02 may 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə növbəti video-konfrans keçirdib. 

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov onlayn video-konfrans zamanı ərazidə aparılan dezinfeksiya işləri, xüsusi karantin rejiminə vətəndaşlar tərəfindən riayət olunması, kənd təsərrüfatı işlərinin gedişi və kəndlərdə yaşayan ahıl şəxslərin hərəkət məhdudiyyətlərinin təmin edilməsi vəziyyəti ilə maraqlanmış və rayonun Muğan və Pirsaat qəsəbə, Talış, Abdulabad, Atbulaq kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinə bu məsələlərin diqqətdə saxlanılmasını tövsiyə etdi. 

Bildirilmişdir ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə keçirilən onlayn konfransın əsas məqsədi əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə nail olmaqdır.

 

 

Keçidlər