Şriftin ölçüsü :

Saytın rəngi :

"Səyyar ASAN" avtobusu Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.

04 iyun 2020 | 16:00

"Səyyar ASAN" avtobusu 10.06.2020-ci il tarixdən 25.06.2020-ci il tarixədək (16 gün) Hacıqabul şəhəri, İsmət Qayıbov küç.7 (İcra Hakimiyyətinin yanı) ünvanda Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.

Göstərilən xidmətlər:

  • - Tərcümə xidməti
  • - Tibb xidməti
  • - Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
  • - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
  • - Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
  • - Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
  • - Əmək pensiyalarının təyin edilməsi
  • - Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  • - Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  • - Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
  • - Notariat fəaliyyəti
     
Keçidlər