Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda xüsusi karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə reydlər davam etdirilir

10 iyul 2020 | 16:00

Koronovirus (COVİD-19) infeksiyasının Hacıqabul rayonu ərazisində  yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

İyul ayının 10-da rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ölkədə davam edən karantin rejimi ilə əlaqədar koronovirus infeksiyasının qarşısının alınması üçün şəhər ərazisində ictimai iaşə, ticarət obyektlərində reyd keçirib.

Reyd zamanı satıcı və alıcılarla maarifləndirici söhbətlər aparılıb, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunub

Reyd zamanı karantin qaydalarını pozan və qoruyucu maskadan istifadə etməyən dörd vətəndaş barəsində inzibati protokol tərtib edilərək cərimə olunub.

Mobil qruplar tərəfindən yas mərasimlərin təşkili ilə bağlı sakinlər arasında maarifləndirici söhbətlər aparılıb.

Keçidlər