Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda xüsusi karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə reydlər davam etdirilir.

20 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikası Nazilər Kabineti Yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı  tapşırıqlarına müvafiq olaraq Hacıqabul rayonunda xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçirilmişdir.

Belə ki, oktyabr ayının 10-da hüquq mühafizə orqanları mobil qruplar ilə birlikdə sanitar-epidemioloji qaydalara nəzarətin gücləndirilməsi məqsədi ilə bir sıra ticarət və iaşə obyektlərində reydlər keçirib. Vətəndaşlarla, ictimai iaşə obyektində çalışan şəxslərlə görüşərək maarifləndirici söhbətlər aparıb, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunub. Karantin qaydalarına əməl etməyənlər barədə ciddi tədbirlər görüldüyü bir daha onların nəzərinə çatdırılıb.
Reyd zamanı işində nöqsan aşkar edilən iaşə və ticarət obyekti sahiblərinə şifahi xəbərdarlıq edilib, qoruyucu vasitələrdən istifadə etməyən iki vətəndaş barəsində inzibati protokol tərtib edilmişdir.

Gün ərzində Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən  dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya işləri aparılmaqla profilaktiki işlər görüb.

Bununla yanaşı şəhər daxili küçələrdə xüsusi texnika vasitəsi ilə dezinfeksiya işləri həyata keçirilmişdir.

Keçidlər