Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.

11 dekabr 2020 | 16:00

11.12.2020-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” şəhid olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.

İlk öncə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıq göstərdiyi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilmiş Şıxəliyev Mehti Yalçın oğlunun, sonra isə Hüseynov Nicat Adil oğlunun və Yaqubov Hümbət Mərhəmət oğlunun ailəsi ziyarət edildi.

Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.

 

Keçidlər