Şriftin ölçüsü :

Saytın rəngi :

Qubalıbalaoğlan kəndinə içməli suyun verilməsi

01 may 2013 | 15:00

Hacıqabul rayonunun Qubalıbaloğlan kəndinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq kəndin içməli su mənbəyi Kür-Bakı su kəməri seçilib. Bu mənbədən Qubalıbaloğlan kəndinə 355 mm diametrli polietilen borularla 9376 metr uzunluğunda magistral su xətti çəkilib və şəbəkəyə birləşdirilib. Kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə ümumi tutumu 600 kubmetr olan 2 ədəd su anbarı inşa olunub, 560 abunəçiyə su sayğacı quraşdırılıb. Bununla da Qubalıbaloğlan kəndində 2865 nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb. Gələcəkdə kənddaxili su şəbəkəsinin yenidən qurulması da nəzərdə tutulur.
Qubalıbaloğlan kəndinin su təchizatı 1983-cü ildə yaradılıb və kəndə içməli su Pirsaatçay çayından verilirdi. Yay aylarında çayın suyunun tez-tez quruması və lilli olması su təchizatında vaxtaşırı problemlər yaradırdı. Kənddə su anbarı olmayıb, ümumi uzunluğu 4 km olan paylayıcı su xətləri isə istismara demək olar ki, yararsızdır. Kənd əhalisinin çox az hissəsi mərkəzləşdirilmiş şəbəkədən su alır, sakinlərin çoxu içməli suyu fərdi qaydada maşınlarla alırdı.
Keçidlər