Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirimlidir.

10 may 2021 | 16:00

10 may 2021-ci il tarixdə Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Hacıqabul rayonunda silsilə tədbirlər həyata keçirimlidir. İlk öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş və önünə tər gül dəstləri qoyulmuşdur.

Tədbirin davamı olaraq ağacəkmə aksiyası keçirilmişdir. Hacıqabul-Şirvan avtomobil yolunun sağ və sol hissəsində sərv və eldar şamı ağac növlərindən ibarət ümumilikdə 350-dən çox ağac əkilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparat işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak etmişdir.

Əkilən ağacların suvarılması həyata keçirilmiş, onlara aqrotexniki qaydada qulluq göstərilmiş, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılmışdır.

 

 

 

Keçidlər