Şriftin ölçüsü :

Saytın rəngi :

"Səyyar ASAN" avtobusu Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.

27 may 2021 | 16:00

"Səyyar ASAN" avtobusu 27.05.2021-ci il tarixdən 25.06.2021-ci il tarixədək (30 gün) Hacıqabul şəhəri, İsmət Qayıbov küç.7 (İcra Hakimiyyətinin yanı) ünvanda Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.

Göstərilən xidmətlər

  •    Tərcümə xidməti
  •    Tibb xidməti
  •     Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
  •     Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
  •     Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
  •     Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
  •     Əmək pensiyalarının təyin edilməsi
  •     Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  •     Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  •     Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  •     Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
  •     Notariat fəaliyyəti
Keçidlər