Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda “26 – iyun Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbir keçirilmişdir.

27 iyun 2021 | 16:00

26 iyun 2021-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş maarifləndirici tədbir keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı müavini Nurbala Mirzəyev, rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsul işçisi Zaur Şirəliyev, Hacıqabul rayon Prokuroru Rövşən Maqsudov, Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun Baş əməliyyat müvəkkili Samir Misirxanov, Rayon Təhsil Şöbəsinin müdiri Bəxtiyar Ələkbərov, Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin baş həkimi Fatma İsmayılova iştirak və çıxış etdilər.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsul işçisi Zaur Şirəliyev narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd etdi, bir çox beynəlxalq təşkilatların, eyni zamanda, ölkəmizdə bu bəlanın qarşının alınması istiqamətində mühüm işlər aparıldığını vurğuladı. 1987-ci ildə BMT-nin müvafiq qərarı ilə hər ilin iyun ayının 26-sı dünyada “Narkotiklə Mübarizə Günü” kimi qeyd olunur. Təsis edilən günün məqsədi insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə səsləməkdir. Ölkəmizdə də narkomaniya və narkobiznesə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir.

Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. Tədbirdə gənclərə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi.

Keçidlər