Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonundan olan Şəhid Samir Alışov və Xəyal Ağaməmmədov ad günündə anıldı.

23 avqust 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul rayon Qubalıbalaoğlan kənd sakini Alışov Samir Cəlil oğlu və Kolanı kənd sakini Ağaməmmədov Xəyal Salam oğlunun doğum günü məzarları önündə anılıb.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və bir qrup kənd sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidlərinin məzarını ziyarət ediblər.
Mərasim iştirakçıları rayon şəhid məzarları önünə gül dəstələri qoyublar.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə idarə və təşkilatlar da iştirak edərək şəhidin ailə üzvlərinə başsağlığı veriblər.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

Keçidlər