Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Şəhid Ağayev Mənsur Ağa oğlu anılıb.

09 noyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul rayonunun Padar qəsəbə sakini Şəhid Ağayev Mənsur Ağa oğlunun vəfatının ildönümü 09.11.2021-ci il tarixdə anılıb.

Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhid ailəsini ziyarət ediblər. Anım mərasimində Şəhid Ağayev Mənsur Ağa oğlunun adına xatirə bulağının açılış mərasimi keçirilib.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

 

Keçidlər