Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunda Şəhid Yaqubov Hümbət Mərhəmət oğlu anılıb.

01 dekabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul rayonunun Meyniman kənd sakini Şəhid Yaqubov Hümbət Mərhəmət oğlunun vəfatının ildönümü 30.11.2021-ci il tarixdə anılıb.

Anım mərasimində rayon İcra Hakimiyyəti Başçısının müavini Nurbala Mirzəyev, İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhid ailəsini ziyarət ediblər.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

Keçidlər