Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb.

12 dekabr 2021 | 16:00

Hacıqabulda müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
 

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
 

Səhər saatlarından başlayaraq rayon sakinləri və kollektivlər dahi şəxsiyyətin abidəsi önünə gələrək tər çiçəklər düzüblər. Abidəni ziyarət edən sakinlər daha sonra Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada ziyarətçilərə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, həmçinin muzeydə nümayiş olunan müxtəlif eksponatlar barədə ətraflı məlumat verilib.

Keçidlər