Şriftin ölçüsü :

Saytın rəngi :

"Səyyar ASAN" avtobusu Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.

24 fevral 2022 | 16:00

"Səyyar ASAN" avtobusu 01.03.2022-ci il tarixdən 18.03.2022-ci il tarixədək (18 gün) Hacıqabul şəhəri, İsmət Qayıbov küç.7 (İcra Hakimiyyətinin yanı) ünvanda Hacıqabul rayon əhalisinə xidmət göstərəcəkdir.

Göstərilən xidmətlər:

  •        Tibb xidməti
  •         Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
  •         Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
  •         Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
  •         Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
  •         Əmək pensiyalarının təyin edilməsi
  •         Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  •         Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  •         Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  •         Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
  •         Notariat fəaliyyəti

Qeyd:

    Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
    Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Keçidlər