Şriftin ölçüsü :

Saytın rəngi :

Kərimli Qalası Müslüm oğlu

2021/06/qas-1623706653.jpg

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qalası Müslüm oğlu Kərimli 2000-ci il, yanvarın 8-də Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olub.

Qalası 2020-ci il, sentyabrın 27-də Vətən Müharibəsi döyüşlərinə qoşulub. 2020-ci il, noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. 5 ay axtarışlardan sonra onun nəşi Şuşanın Daşaltı kəndində tapılaraq, yaxınlarına verilib.

"Ölsəm, anamın yanında dəfn edin", - deyən şəhid vəsiyyətinə uyğun olaraq, doğulduğu rayonun kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Qalası Kərimli Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən “Cəsur döyüşçü” , ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” , döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezidentin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə” medalları ilə təltif edilib.

Keçidlər