Şriftin ölçüsü :

Saytın rəngi :

Mirzəyev Əlmirzə Ağamirzə

Mirzəyev Əlmirzə Ağamirzə oğlu 12.10.2004-cü ildə Hacıqabul şəhərində dünyaya göz açıb.

2010-cu ildə Hacıqabul şəhər 9 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olub. Ümumi orta təhsili müvəffəqiyyətlə bitirdikdən sonra Hacıqabul Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olub. 2022-ci ilin oktyabr ayında hərbi xidmətə yollanıb və öz istəyi ilə xüsusi təyinatlı qüvvələrin (komando) sıralarına daxil olub.

Mirzəyev Əlmirzə Ağamirzə oğlu Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü ildə Xocavənd istiqamətində qəhrəmancasına şəhid olub. 22 sentyabr tarixində doğulduğu Hacıqabul rayonunda torpağa tapşırılıb.

Keçidlər