İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin təyin edilməsi barədə
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 24.04.2018-ci il tarixli 38 nömrəli
sərəncamında dəyişiklik edilməsi barədə
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 5-ci bəndini və “Yerli İcra Hakimiyyətli haqqında Əsasnamə”nin 6.8-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM :
1. Hacıqabul rayon İcra Hakimiyyəti aparatında bəzi kadr dəyişikliklərini nəzərə alaraq Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 24.04.2018-ci il tarixli 37 nömrəli Sərəncamında dəyişiklik edilərək Hacıqabul rayon İcra Hakimiyyəti aparatında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin aşağıdakı tərkibdə siyahısı təsdiq edilsin.
- Nurbala Mizəyev – Rayon İcra Hakimiyyəti başçısının müavini
- Sirac Əsgərov – Hüquq şöbəsinin müdiri
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının
07.09.2020-ci il tarixli 86 nömrəli sərəncamı ilə təsdiq edilmişdir.