2022-ci ildə görülmüş işlər haqqında
“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın yerinə yetirilməsi ilə əlaqədar 2022-ci ildə Hacıqabul rayonunda görülmüş işlər haqqında
ARAYIŞ
Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın yerinə yetirilməsi ilə əlaqədar 2021-ci il ərzində müəyyən işlər həyata keçirilmişdir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-cı il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il üçün İş Planı təsdiq olunmuşdur.
Tədbirlər Planının 1.6-cı bəndində qeyd edilmiş Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi sahəsində icrasının təmin edilməsi ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Aparatının konfrans zalında tədbir keçirilmişdir. Lakin Hacıqabul rayonunda və yaxın ərazilərdə bu sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları olmadığı üçün keçirilən tədbirdə iştirakları təmin edilməmişdir. Buna baxmayaraq tapşırığın icrasının təmin edilməsinə dəstək göstərilməsi üçün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müraciət ünvanlanmışdır.
Tədbirlər Planının 1.9-cu bəndində qeyd edilmiş Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması sahəsində Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində etik davranış məsələləri ilə bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunun öyrənilməsi”, “Dövlət qulluqçularının fəaliyyəti cəmiyyətin inkişafına xidmət etməlidir”, “Maddi və qeyri-maddi nemətlərin, imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”, “Dövlət qulluğunda korrupsiyanın qarşısının alınmasında və maraqların toqquşmasının qarşısının alınmasında fəaliyyəti”, “Dövlət qulluqçularının istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən səmərəli istifadə etməsi”, “Dövlət qulluğunda davranış qaydalarının formalaşması” mövzusunda treninq və seminarlar keçirilmişdir. Hesabat dövrü ərzində Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinin məsləhətçisi(mühəndis) İsmayılov Qədir İlham oğluna “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 4.2-ci bəndinin eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.12-ci maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 23 iyun 2022-ci il tarixli 58 nömrəli Əmri ilə töhmət verilmişdir. Görülmüş işlər barədə hesabat rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində(http://haciqabul-ih.gov.az/az/gorulmus-isler-2022-ci-il-uzre.html) dərc edilmişdir.
Tədbirlər Planının 4.1-ci bəndində qeyd edilmiş Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə həmin xidmətlər üçün tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə dövlət orqanlarına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi sahəsində Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində doğum, ölüm və nikahın dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsi və həmin sənədlər üzrə məlumatların, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların Elektron Hökumət İnformasiya Sisteminə çıxış təmin edilmişdir. Bununla yanaşı, Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə Dövlət Xidmətləri Portalında Hacıqabul rayon İcra Hakimiyyətinin ümumilikdə 36 adda elektron xidmət növü təqdim edilir. Bundan əlavə Rəqəmsal icra hakimiyyəti portalı və ASAN müraciət portalına çıxış imkanı yaradılaraq vətəndaşların həmin portallar vasitəsi ilə elektron müraciət etmələri təmin edilmişdir
Tədbirlər Planının 4.3-cü bəndində qeyd edilmiş Yerli icra hakimiyyəti orqanlarının vətəndaşların müraciətlərini elektron qaydada qəbul etməsi işinin təkmilləşdirilməsi, habelə yerli icra hakimiyyəti orqanlarının göstərdikləri elektron xidmətlərin sayının artırılması üçün tədbirlər görülməsi sahəsində Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərini elektron qaydada təqdim etmələri üçün Hacıqabul rayon İcra Hakimiyyətinin rəsmi internet ünvanında “Elektron müraciət” bölməsi yerləşdirilmiş, eyni zamanda Rəqəmsal icra hakimiyyəti portalı və ASAN müraciət portalına çıxış imkanı yaradılaraq vətəndaşların həmin portallar vasitəsi ilə elektron müraciət etmələri təmin edilmişdir. Bundan əlavə Dövlət Xidmətlərinin Elektron Reyestrində Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən 36 adda xidmət növü yerləşdirilmişdir.
Tədbirlər Planının 5.4-cü bəndində qeyd edilmiş Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi sahəsində Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır. Belə ki, hesabat dövründə “Şəffaf İdarəçilik” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hacıqabul rayonunda tədbir keçirmişdir.
Tədbirlər Planının 5.5-ci bəndində qeyd edilmiş İctimai şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi sahəsində Hesabat dövrü ərzində ictimai şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işləri aparılmış və görülmüş işlər barədə rəsmi internet resurslarında məlumatlar əks etdirilmişdir. Belə ki, cari ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Prezident Administrasiyasının, Agentliyinin Müşahidə Şurasının, eyni zamanda Şirvan şəhər, Hacıqabul, Sabirabad, Saatlı, Neftçala və Salyan rayonlarının icra hakimiyyətinin rəhbər şəxslərinin, həmçinin Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirakı ilə Şirvan şəhərində “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirlər Planının 5.6-cı bəndində qeyd edilmiş Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi sahəsində 10 iyun 2022-ci ildə Hacıqabul rayonunun Dövlət və Vətəndaş Cəmiyyəti İnstitutlarının geniş tərkibli nümayəndə heyəti Şirvan şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilmiş “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında iştirak etmişdir. Konfransda QHT-Hökumət münasibətlərinin yeni mərhələsində qarşıda duran məsələlər müzakirə olundu. Həmçinin Şirvan şəhər Mədəniyyət Mərkəzində Açıq hökumətin təşviqinə dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu platforması çərçivəsində Qeyri Hökumət Təşkilatları, Dövlət qurumlarının nümayəndələri üçün təşkil olunmuş təlimdə Hacıqabul rayonunun nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunan təlimi platformanın rəhbəri Əliməmməd Nuriyev aparmışdır. Təlim iştirakçılarının əldə etdikləri bilik və bacarıqlardan səmərəli istifadə edərək rayonda idarə və müəssisələrdə təşkil etdikləri tədbirlərə rayon İcra hakimiyyəti tərəfindən hərtərəfli dəstək verilmişdir. Dövlət orqanları və Vətəndaş Cəmiyyəti nümayəndələrinin qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsi üçün rayonda münbit şərait yaradılmışdır.
Tədbirlər Planının 6.3-cü bəndində qeyd edilmiş Dövlət qurumlarının rəsmi internet informasiya ehtiyatlarında “Açıq məlumatlar” bölməsinin yaradılması sahəsində rayon İcra hakimiyyətinin rəsmi internet səhifəsində eyni adda bölmə yaradılmış və müvafiq məlumatlar yerləşdirilmişdir.