Şriftin ölçüsü :

Saytın rəngi :

Görülmüş işlər - 2022-ci il üzrə

Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 1.9-cu (tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması) yarımbəndinin icrası ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətinin 2022-ci il üzrə üzrə gördüyü işlər barədə

 

H E S A B A T

 

Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində etik davranış məsələləri ilə bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunun öyrənilməsi”, “Dövlət qulluqçularının fəaliyyəti cəmiyyətin inkişafına xidmət etməlidir”, “Maddi və qeyri-maddi nemətlərin, imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”, “Dövlət qulluğunda korrupsiyanın qarşısının alınmasında və maraqların toqquşmasının qarşısının alınmasında fəaliyyəti”, “Dövlət qulluqçularının istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən səmərəli istifadə etməsi”, “Dövlət qulluğunda davranış qaydalarının formalaşması” mövzusunda treninq və seminarlar keçirilmişdir.

Hesabat dövrü ərzində Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinin məsləhətçisi(mühəndis) İsmayılov Qədir İlham oğluna “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 4.2-ci bəndinin eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.12-ci maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 23 iyun 2022-ci il tarixli 58 nömrəli Əmri ilə töhmət verilmişdir.

Keçidlər