Şriftin ölçüsü :

Saytın rəngi :

Elektron hökumət

“Elektron hökumət”in əsas fəaliyyət prinsipləri:

_________________________________________________________________
● Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
● İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
● İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
● Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.
“Elektron hökumət”in əhəmiyyəti:
_________________________________________________________________
● Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
● Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
● İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;
● Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
● İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
● İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.
  “Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

 

 Hacıqabul rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq
göstərdiyi xidmətin adı və xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
 
Sıra Xidmətin göstərilməsi üçün  tələb olunan sənədin adı Xidmətin göstərilməsi üçün  tələb olunan sənədin elektron versiyası

1.

"Bir pəncərə alt sisteminə"-nə keçid

birpencere.arxkom.gov.az

Keçid

2.

Tikintisinə icazə tələb olunan obyektlər üçün zəruri sənədlər

3.

Yararsız tikilinin sökülərək yerində yenisinin tikintisinə icazə üçün zəruri sənədlər

4.

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 m-dən, aşırımlarının uzunluğu 6 m-dən çox olan yaşayış evləri üçün zəruri sənədlər

5.

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 m-dən, aşırımlarının uzunluğu 6 m-dən çox olmayan yaşayış evləri üçün zəruri sənədlər

6.

Mülkiyyət hüquqlarına dair əmlakın özgəninkiləşdirilməsinə dair zəruri sənədlər

7.

Reklam qurğusunun tikintisi üçün zəruri sənədlər

8.

Küçə reklamlarının yerləşdirilməsi üçün zəruri sənədlər

9.

Mövsümü xidmət obyektlərinin fəaliyyəti üçün zəruri sənədlər

10

Müvafiq uşaq  evi və ya internat məktəbinə yerləşdirilməyə dair zəruri sənədlər

11.

Məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan üzərində qəyyum təyin olunmağına dair zəruri sənədlər

12.

Adın, soyadın dəyişdirilməsinə dair zəruri sənədlər

13.

Nikah yaşının azaldılması ilə bağlı zəruri sənədlər

14.

Qəyyum və himayəçi təyin edilməsi ilə bağlı zəruri sənədlər

15.

Övladlığa uşaq götürmək istəyən şəxs üçün tələb olunan zəruri sənədlər

16.

Şəxs üzərində patronaj təyin  edilməsi üçün tələb olunan zəruri sənədlər

17.

Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydalar
Keçidlər