Şriftin ölçüsü :

Saytın rəngi :

Ərazi

Azərbaycan Respublikasının ərazisi - 86,6 min kv.km (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir.

Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.

Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir.


Ən böyük göllər
kv.km
Ən böyük adalar
kv.km
Ən böyük çaylar
km
Sarısu
67.0
Pirallahı
14.4
Kür
1515
Ağgöl
56.2
Çilov
11.5
Araz
1072
Ağzıbirçala
37.0
Xərə-Zirə
3.5
Alazan (Qanıx)
413
Mehman
35.0
Böyük-Zirə
1.4
İori (Qanıx)
389
Böyükşor
9.2
 
 
Samur
216
Hacıqabul
8.4
 
 
Tərtər
200

 

Dünyada ən böyük göl - Xəzər dənizi, sahəsi 400000 km2, ən dərin yeri - 1025 m.
Ən yüksək dağ zirvəsi  - Bazardüzü - 4466 m.

 


 

İnzibati-ərazi bölgüsü

Azərbaycan Respublikasının tərkibinə bir muxtar qurum - Naxçıvan Muxtar Respublikası, 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.

Qeyd: Digər rayonların əhalisinin sayı əsasən 2009-cu il yanvarın 1-nə olan göstəricilərlə verilmişdir.
  Ərazisi (min kv.km) Əhalisi (min nəfər)  
Bakı şəhəri 2,13 2039,7 Azərbaycanın paytaxtıdır.
11 inzibati rayona bölünür: Binəqədi, Əzizbəyov, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal. Azərbaycanın sənaye, elm və mədəniyyət mərkəzidir. İqtisadiyyatının əsasını neft və qaz sənayesi, maşınqayırma, yüngül, yeyinti sənayesi sahələri, tikinti, rabitə, nəqliyyat və s. təşkil edir.
Abşeron rayonu 1,36 189,4 İqtisadiyyatının əsasını yeyinti sənayesi, şəhərətrafı, əsasən, suvarma əkinçiliyi (tərəvəzçilik, üzümçülük və s.) və südlük-ətlik heyvandarlıq təşkil edir. Respublikamızda cənub meyvələri (püstə, badam, zeytun və s.) və çox qiymətli zəfəran əsasən Abşeron rayonunda yetişdirilir. Ərazisində neft və qaz hasilatı geniş yayılmışdır.
Ağdam rayonu 1,15 174,6 İqtisadiyyatının əsasını yüngül və yeyinti sənayesi, habelə kənd təsərrüfatı - pambıqçılıq, taxılçılıq, üzümçülük, baramaçılıq, heyvandarlıq təşkil edir. 1993-cü il iyulun 23-də rayon mərkəzi və ərazisinin cox hissəsi ermənilər tərəfindən işğal olunmuşdur.
Ağdaş rayonu 1,05 98,3 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Pambıqçılıq əsas yer tutur.
Ağcabədi rayonu 1,76 121,3 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Respublikanın əsas pambıqçılıq rayonlarındandır.
Ağstafa rayonu 1,50 80,0 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir.
Ağsu rayonu 1,02 70,0 İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Sənaye müəssisələri əsasən kənd təsərrüfatı məhsulları emal edir. Pambıqçılıq, üzümçülük, heyvandarlıq inkişaf etmişdir.
Astara rayonu 0,62 95,9 İqtisadiyyatının əsasını yeyinti sənayesi (əsasən quru məxməri çay istehsalı) və kənd təsərrüfatı məhsulları istehsalı (çay, taxıl, sitrus meyvələri, tərəvəz və s.) təşkil edir.
Balakən rayonu 0,92 89,5 İqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Taxılçılıq, xüsusən dənlik qarğıdalı yetişdirilməsi, tütünçülük, meyvəçilik (əsasən qoz-ləpəli) və südlük-ətlik heyvandarlıq inkişaf etmişdir.
Beyləqan rayonu 1,13 86,3 İqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq təşkil edir.
Bərdə rayonu 0,96 142,1 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, əsasən pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq təşkil edir.
Biləsuvar rayonu 1,40 87,3 İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir.
Cəbrayıl rayonu 1,05 70,3 İqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. 23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Cəlilabad rayonu 1,44 191,5 İqtisadiyyatının əsasını taxılçılıq təşkil edir. Üzümçülük, heyvandarlıq, meyvəçilik və tərəvəzçilik də mühüm təsərrüfat sahələrindəndir.
Daşkəsən rayonu 1,05 32,8 Rayonda əsasən heyvandarlıq, taxılçılıq və kartofçuluqla məşğul olurlar. Filiz saflaşdırma kombinatı fəaliyyət göstərir.
Dəvəçi rayonu 1,09 51,2 İqtisadiyyatını kənd təsərrüfatı sahələri: taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edir.
Füzuli rayonu 1,39 111,9 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq təşkil edirdi. Rayonda kənd təsərrüfatı məhsullarının emalı müəssisələri var idi. 23 avqust 1993-cü ildə ərazisinin cox hissəsi ermənilər tərəfindən işğal olunmuşdur.
Gədəbəy rayonu 1,29 93,6 Rayon kənd təsərrüfatı üzrə ixtisaslaşıb, əsasən kartofçuluq, heyvandarlıq, taxılçılıq və bağçılıq inkişaf etmişdir.
Goranboy rayonu 1,79 95,4 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən taxılçılıq, pambıqçılıq təşkil edir
Gəncə şəhəri 0,11 313,0 Əhalisinin sayına görə respublikada ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhərdir. İstehsal edilən sənaye məhsullarının ümumi həcminin çox hissəsi əlvan metallurgiya, yüngül və yeyinti sənayesi, elektronika və cihazqayırma müəssisələrinin payına düşür.
Göyçay rayonu 0,74 108,8 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq, baramaçılıq və meyvəçilik təşkil edir
Göygöl rayonu 1,03 57,0 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusən heyvandarlıq, üzümçülük, bitkiçilik, tərəvəzçilik təşkil edir.
Hacıqabul rayonu 1,60 72,5 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, bostançılıq və tərəvəzçilik təşkil edir.
Xankəndi şəhəri 1,05 55,0 Respublikanın inkişaf etmiş sənaye mərkəzi idi. Yüngül və yeyinti sənayesi inkişaf etmişdi. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları var idi. Hal-hazırda ermənilər tərəfindən işğal olunmuşdur.
Xaçmaz rayonu 1,05 158,8 Respublikanın ən iri tərəvəz, taxıl və meyvə yetişdirən, heyvandarlıq rayonlarından biridir. Quşçuluq və balıqçılıq da inkişaf etmişdir. Konserv emalı, üzüm emalı zavodları və s. fəaliyyət göstərir.
Xızı rayonu 1,9 14,7 İqtisadiyyatının əsasını heyvandarlıq və əkinçilik təşkil edir
Xocavənd rayonu 1,46 41,5 İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tuturdu. 2 oktyabr 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Xocalı rayonu 0,97 25,8 Rayonun kənd təsərrüfatının əsasını taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edirdi. Rayonda tikinti materialları kombinatı, şərabçılıq zavodu, alkoqolsuz içkilər zavodu, böyük donuzçuluq və heyvandarlıq kompleksləri, toxuculuq və tikiş fabrikləri var idi. 26 fevral 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
İmişli rayonu 1,82 113,8 İqtisadiyyatında pambıqçılıq, heyvandarlıq, taxılçılıq mühüm yer tutur.
İsmayıllı rayonu 2,06 79,1 Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s. sahələr inkişaf etmişdir. Ərazidə xalça fabriki, şərab, şirə zavodları, ət-süd emalı kombinatları və s. müəssisələr vardır.
Kəlbəcər rayonu 3,05 77,6 İqtisadiyyatında əkinçilik və heyvandarlıq əsas yer tuturdu. 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Kürdəmir rayonu 1,63 103,8 İqtisadiyyatının əsasını bitkiçilik, xüsusilə pambıqçılıq, taxılçılıq təşkil edir. Üzümçülük və baramaçılıq da inkişaf etmişdir
Qax rayonu 1,49 53,1 İqtisadiyyatının əsasını bitkiçilik, xüsusilə tütünçülük və taxılçılıq, habelə heyvandarlıq təşkil edir.
Qazax rayonu 0,70 88,9 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə taxılçılıq, üzümçülük, bostan tərəvəzçiliyi və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri də fəaliyyət göstərir.
Qəbələ rayonu 1,55 93,8 İqtisadiyyatının əsasını heyvandarlıq, taxılçılıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri fəaliyyət göstərir.
Qobustan rayonu 1,37 40,0 İqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edir.
Quba rayonu 2,58 151,9 Respublika əhəmiyyətli meyvəçilik rayonudur. Digər əsas kənd təsərrüfatı sahələri taxılçılıq və maldarlıqdır. Sənaye müəssisələrində heyvandarlıq, meyvə və tərəvəz məhsulları emal olunur.
Qubadlı rayonu 1,37 37,4 İqtisadiyyatı əsasən taxılçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və heyvandarlıq sahəsində ixtisaslaşmışdı. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri var idi. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Qusar rayonu 1,54 87,5 İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Qoyunçuluq, taxılçılıq, meyvəçilik və bostançılıq geniş inkişaf etmişdir. Kənd təsərrüfatı məhsulları emalı və xalçaçılıq müəssisələri fəaliyyət göstərir.
Laçın rayonu 1,84 72,0 İqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Taxılçılıq və meyvəçilik geniş inkişaf etmişdi. 18 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Lənkəran rayonu 1,54 205,3 Əsasən yeyinti məhsulları sənayesi fəaliyyət göstərir. Çay fabriki, tərəvəz, balıq konserv zavodları və s. mövcuddur. Aqrar bölmənin əsasını tərəvəzçilik, çayçılıq, üzümçülük, arıçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir.
Lerik rayonu 1,08 74,3 İqtisadiyyatının əsasını çayçılıq, tərəvəzçilik, kartofçuluq, tütünçülük və taxılçılıq təşkil edir.
Masallı rayonu 1,79 196,2 İqtisadiyyatının əsasını çayçılıq, tərəvəzçilik, balçılıq-meyvəçilik, üzümçülük və taxılçılıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri fəaliyyət göstərir.
Mingəçevir şəhəri 0,13 96,1 Sənayesinin əsasını energetika, maşınqayırma, kimya, yüngül, yeyinti və tikinti sənaye müəssisələri təşkil edir.
Naftalan şəhəri 0,3 7,7 Kurort şəhəridir. 6 sanatoriya fəaliyyət göstərir.
Neftçala rayonu 1,45 79,4 Sənaye və kənd təsərrüfatı rayonudur. Neft-kimya, balıq və pambıq emalı və digər müəssisələr fəaliyyət göstərir. Kənd təsərrüfatında aparıcı sahələr pambıqçılıq, tərəvəzçilik, bostançılıq və meyvəçilikdir.
Oğuz rayonu 1,22 40,2 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, bitkiçilik, taxılçılıq, tütünçülük və tərəvəzçilik təşkil edir.
Saatlı rayonu 1,18 92,3 İqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, quru subtropik meyvəçilik və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri mövcuddur.
Sabirabad rayonu 1,47 151,1 Respublikanın iri pambıqçılıq, heyvandarlıq, bostançılıq və tərəvəzçilik rayonudur. Pambıqtəmizləmə və digər emal müəssisələri mövcuddur.
Salyan rayonu 1,79 121,4 Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri mövcuddur. Quru subtropik meyvəçilik, bostançılıq da mühüm sahələrdir. Neft-qaz hasilatı sahəsi, plastik kütlə emalı, pambıqtəmizləmə zavodları və s. mövcuddur.
Samux rayonu 1,45 53,4 İqtisadiyyatının əsasını üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik və meyvəçilik təşkil edir.
Siyəzən rayonu 0,70 37,6 İqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Kənd təsərrüfatında isə üzümçülük, taxılçılıq, quşçuluq, heyvandarlıq və tərəvəzçilik mühüm yer turur.
Sumqayıt şəhəri 0,08 308,7 İqtisadiyyatında kimya, neft-kimya, yüngül və yeyinti sənayesi, maşınqayırma, cihazqayırma müəssisələri, istilik energetikası, inşaat məmulatları istehsalı əsas yer tutur.
Şamaxı rayonu 1,61 91,4 İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, heyvandarlıq və meyvə-tərəvəzçilik təşkil edir.
Şəmkir rayonu 1,66 190,4 İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir.
Şəki rayonu 2,43 170,4 Kənd təsərrüfatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Şəki İpək şirkəti, tütün fermentləmə zavodu, ət-süd kombinatı və digər müəssisələr də mövcuddur.
Şuşa rayonu 0,29 28,3 İqtisadiyyatının əsasını heyvandarlıq, tərəvəzçilik və bağçılıq təşkil edirdi. 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Tərtər rayonu 0,96 98,1 Əsas təsərrüfat sahələri pambıqçılıq, heyvandarlıq, taxılçılıqdır. Subtropik meyvə olan narçılıq daha çox inkişaf edib. Emal müəssisələri də mövcuddur.
Tovuz rayonu 1,90 157,4 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq təşkil edir.
Ucar rayonu 0,85 77,9 İqtisadiyyatının əsasını kənd təsərrüfatı - pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük və bostançılıq təşkil edir.
Yardımlı rayonu 0,67 57,9 İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən taxılçılıq, kartofçuluq, tütünçülük, tərəvəzçilik və qoyunçuluqla məşğuldur.
Yevlax rayonu 1,54 117,4 Aqrar-sənaye rayonudur. Kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisaslaşıb. Quşçuluq və baramaçılıqla da məşğul olunur. Kənd təsərrüfatı emalı müəssisələri, istehsal və sənaye kombinatları vardır.
Zaqatala rayonu 1,35 117,9 İqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq, tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Yeyinti məhsulları kombinatı, emal müəssisələri, tikiş və mebel fabrikləri mövcuddur.
Zəngilan rayonu 0,71 39,1 İqtisadiyyatının əsasını taxılçılıq, tütünçülük, kartofçuluq, meyvəçilik, bostançılıq təşkil edirdi. Emal müəssisələri mövcud idi. 29 oktyabr 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Zərdab rayonu 0,86 52,4 İqtisadiyyatında taxılçılıq, pambıqçılıq, baramaçılıq və heyvandarlıq xüsusi rol oynayır. Kənd təsərrüfatı emalı müəssisələri mövcuddur.
Naxçıvan Muxtar Respublikası 5,5 397,4 Muxtar Respublikada 6 rayon - Sədərək, Ordubad, Culfa, Şərur, Babək, Şahbuz və 3 muxtar respublika tabeli şəhər (Naxçıvan, Culfa, Ordubad) vardır.
Naxçıvan şəhəri 1,1 73,7 Naxçıvan Muxtar Respublikasının paytaxtı.
Babək rayonu 0,13 71,4 İqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə quru subtropik meyvəçilik, tərəvəzçilik, taxılçılıq təşkil edir. Daş emalı zavodu, üzüm emalı zavodu və digər istehsal müəssisələri vardır.
Culfa rayonu 0,99 41,0 İqtisadiyyatının əsasını əkinçilik, üzümçülük və heyvandarlıq təşkil edir. Üzüm emalı zavodları və digər müəssisələr mövcuddur.
Ordubad rayonu 0,86 45,0 İqtisadiyyatı çoxsahəlidir. Bir sıra emal müəssisələri, elm-istehsalat birliklərinin filialları mövcuddur. Kənd təsərrüfatında meyvəçilik, tərəvəzçilik, üzümçülük, bostançılıq, arıçılıq, baramaçılıq və heyvandarlıq əsas yer tutur.
Sədərək rayonu 0,15 14,0 İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Yeganə sənaye müəssisəsi şərab zavodudur.
Kəngərli rayonu  0,68 27,5   
Şahbuz.rayonu 0,81 22,7 İqtisadiyyatının əsasını heyvandarlıq və əkinçilik təşkil edir.
Şərur rayonu 1,2 102,1 İqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq, tütünçülük, şəkər çuğunduru və tərəvəz istehsalı təşkil edir.
Şirvan şəhəri 0,03 77,1 Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən Avropada ən böyük açıq tipli Şirvan DRES, yağ zavodu, dəmir-beton məmulatları, saxsı, boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.

 

Keçidlər