Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı

Hətəmov Sevindik Hacağa oğlu

7 aprel 1963-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur.

1980-ci ildə Güləbird kənd orta məktəbini bitirmişdir.

1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində ali təhsil almışdır.

1987-ci ildə Laçın rayon Texniki Təchizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təchizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1995-1999-cu illərdə "Güzdək" Tikinti Materialları Kombinatında direktor, 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.

2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə iştirak etmiş və səs çoxluğu ilə Milli Məclisin deputatı seçilmişdir.

Deputatlıq fəaliyyətini başa vurduqdan sonra Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri kimi fəaliyyət göstərmişdir.

2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı;

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı;

Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Hacıqabul Rayon İcra  Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, 2 övladı vardır.

 

 

 

 

Keçidlər