Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Hacıqabul rayon Təhsil Şöbəsi 1990-cı ildən fəaliyyət göstərir. Rayonda 33 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 3-ü ümumi orta, 30-u tam orta məktəbdir. Tam orta məktəblərdən biri beynəlmiləl, 1-i məktəb lisey kimi fəaliyyət göstərir. Rayonun tam orta məktəblərindən 10-u rayon mərkəzində yerləşir. 2019-2020-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində 11417 nəfər şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 945 nəfər müəllim məşğul olur. Məktəblərdən  28-i birtipli layihə əsasında tikilmiş binada, 5-i isə uyğunlaşdırılmış binada fəaliyyət göstərir.

Son 14 ildə 5220 yerlik 18 yeni məktəb binası tikilmiş, 5 məktəbdə 35 əlavə sinif otağı tikilmiş, 11 məktəbin binası əsaslı təmir olunmuşdur. Belə ki, 2005-ci ildə Udulu kənd tam orta məktəbi üçün 240 yerlik, Qubalı kənd ümumi orta məktəbi üçün 100 yerlik, 2006-cı ildə Qızılburun kənd tam orta məktəbi üçün 240 yerlik, 2007-ci ildə Padar qəsəbə tam orta məktəbi üçün 420 yerlik, 2008-ci ildə şəhər 8 №-li məktəb-lisey üçün 640 yerlik, 9 №-li tam orta məktəb üçün 240 yerlik, 2009-cu ildə Tava kənd tam orta məktəbi üçün 220 yerlik, 2010-cu ildə Qarasu kənd tam orta məktəbi üçün 640 yerlik, Kürçülü kənd ümumi orta məktəbi üçün 240 yerlik yeni məktəb binaları, 2012-ci ildə Pirsaat qəsəbə tam orta məktəbi üçün 180 şagird yerlik, Tağılı kənd tam orta məktəbi üçün 80 şagird yerlik və Xilə kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik , 2013-cü ildə Şorbaçı kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Qubalıbaloğlan kənd tam orta məktəbi üçün 340 şagird yerlik və Abdulabad kənd tam orta məktəbi üçün 480 şagird yerlik, 2014-ci ildə Navahı qəsəbə 2 Nli tam orta məktəbi üçün 200 şagird yerlik, şəhər 10 Nli  tam orta məktəbi üçün 440 şagird yerlik, şəhər 2 Nli tam orta məktəbi üçün 220 şagird yerlik və Ağacanlı kənd tam orta məktəbi üçün 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Bundan əlavə, 2005-ci ildə Qarasu kənd tam orta məktəbində 100 yerlik 5 əlavə sinif otağı, 2007-ci ildə Kolanı kənd tam orta məktəbində 120 yerlik əlavə 6 əlavə sinif otağı və Abdulabad kənd tam orta məktəbində 80 yerlik 4 əlavə sinif otağı, 2012-ci ildə Rəncbər kənd tam orta məktəbində 200 yerlik 10 əlavə sinif otağı, Qubalı kənd tam orta məktəbində 140 yerlik 7 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Bunlarla yanaşı 2006-cı ildə Navahı qəsəbə 2 №-li tam orta məktəbin, 2007-ci ildə şəhər 1 №-li tam orta məktəbin, 2008-ci ildə şəhər 3 №-li və 6 №-li tam orta məktəblərin, 2010-cu ildə şəhər 2 №-li və Ağacanlı kənd tam orta məktəblərin, 2011-ci ildə Atbulaq kənd tam orta məktəbin binası, 2012-ci ildə Rəncbər kənd tam orta məktəbi və Meyniman kənd tam orta məktəbin binaları, 2013-cü ildə şəhər 4Nli tam orta məktəb və Kolanı kənd tam orta məktəbin binaları əsaslı təmir olunmuşdur. Məktəblərə son 7 ildə 260 müəllim masası, 250 müəllim stulu, 230 yazı lövhəsi, 1700 dəst parta verilmişdir. Həmin müddətdə məktəblərə 365 dəst kompüter verilmişdir.

Məktəbdənkənar müəssisələr:

Uşaq-Gənclər İdman-Şahmat Məktəbində boks, voleybol, futbol, şahmat bölmələrində 410 nəfər,  Uşaq-Gənclər İnkişaf Mərkəzində  4 adda dərnəkdə  55 nəfər şagird məşğul olur.
 
Nailiyyətlər:
Son 13 ildə ali məktəbə qəbul olunanlardan 43 nəfəri 600-dən yuxarı bal toplamışlar.
2008-ci ildə 3 nəfər:
Quliyeva Günay Tofiq qızı - Şəhər 1 №-li tam orta məktəbin məzunu. 628 balla Qafqaz Universitetinə qəbul olunmuş;
İsayev Hüseyn Məhəmməd oğlu - Şəhər 5 №-li tam orta məktəbin məzunu. 653 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş;
Fətəlibəyli Elvin Bəkdəmir oğlu - Şəhər 4 №-li beynəlmiləl tam orta məktəbin məzunu. 660 balla Bakı dövlət Universitetinə qəbul olunmuşdur.
2009-cu ildə 3 nəfər:
Heydərli Əliheydər Eldar oğlu - Şəhər 5 №-li tam orta məktəbin məzunu. 604 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş;
Aslanzadə Vüqar Firudin oğlu – Muğan qəsəbə tam orta məktəbin məzunu. 645 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş;
Məmmədova Günay Əbülfəz qızı – Rəncbər kənd tam orta məktəbin məzunu. 655 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.
2010-cu ildə 1 nəfər:
Məmmədova Gülər Hüseyn qızı - Rəncbər kənd tam orta məktəbin məzunu. 631 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.
2011-ci ildə 3 nəfər:
Almazova Nərmin Sahib qızı – Şəhər 8 №-li humanitar təmayüllü məktəb – liseyin məzunu. 670 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş;
Nəcəfquluzadə İsmayıl Famil oğlu – Talış kənd tam orta məktəbin məzunu. 672 balla Azərbaycan Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş;
Mənsimov Məhəmməd Zahid oğlu – Rəncbər kənd tam orta məktəbin məzunu. 619 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.
2012-ci ildə 600 baldan çox toplayan olmamışdır.
2013-ci ildə 3 nəfər:
Bayramlı Qurban Arif  – Muğan qəsəbə tam orta məktəbin məzunu. 659 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş;
İbrahimov Eldar Vüqar – şəhər 5 Nli tam orta məktəbin məzunu. 632 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş;
Həmidova Əminə Hacıqauli – şəhər 4 Nli tam orta məktəbin məzunu.613 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.
2013-ci ildə 4 nəfər:
Mehtiyeva Şirin Əlişah – Şəhər 8 №-li humanitar təmayüllü məktəb – liseyin məzunu. 666 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş;
Baxşiyev Səbuhi Akif – şəhər 2 Nli tam orta məktəbin məzunu. 646 balla Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuş;
Şirəliyeva Nərmin Səfalı – Rəncbər kənd tam orta məktəbin məzunu. 642 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur. 
Teymurov Kamran Əlirza – şəhər  1№-li tam orta məktəbin məzunu . 635 balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbulk olunmuşdur.
2015-ci ildə 6 nəfər:
Səmədova Firuzə Şaiq – Şəhər 5 №-li humanitar təmayüllü məktəb – liseyin məzunu. 670 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş;
Hüseynova Səbinə Allahyar– şəhər 3 Nli tam orta məktəbin məzunu. 625 balla “Qafqaz “ Universitetinə qəbul olunmuş;
İbrahmova Bəyim Vüqar– Şəhər 5 №-li tam orta məktəbin məzunu. 614 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.                                                                                         
Məmmədov Nəsrəddin Vüqar – şəhər  4 №-li tam orta məktəbin məzunu. 606 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuşdur.
Hüseynov Vahid Vilayət- Qarasu kənd tam orta məktəbin məzunu. 603 balla Bakı Dövlət Universitetinə qəbul olunmuşdur.
Nəzirova Roza Nahid- Şəhər 5 №-li tam orta məktəbin məzunu.  601 balla Bakı Dövlət Universitetinə qəbul olunmuşdur.
2016-ci ildə 8 nəfər:
Alcanov Rüfət Mahmud – Talış kənd tam orta məktəbin məzunu. 664 balla Bakı Ali Neft Məktəbinə qəbul olunmuş;
Teymurova Səkinə Əlirza– şəhər 1 Nli tam orta məktəbin məzunu. 656 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş;
Talıbov İsmayıl Fikrət – Abdulabad kənd  tam orta məktəbin məzunu. 639 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuşdur.                                                                                          
Bayramov Həsən Bayram – şəhər  5 №-li tam orta məktəbin məzunu.  634 balla Bakı Dövlət Universitetinə qəbul olunmuşdur.                                                                                                        
Məmmədova Sona Heybət- Şəhər 8 №-li tam orta məktəbin məzunu. 629 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.
Teymurov Fikrət Əlirza- Şəhər 1 №-li tam orta məktəbin məzunu.  619 balla “Qafqaz “ Universitetinə qəbul olunmuşdur.                                                                                            
Abdullayev Xəqani Bəkulla-  Qızılburun kənd  tam orta məktəbin məzunu. 618 balla Bakı Ali Neft Məktəbinə qəbul olunmuşdur.                                                                                                
Mehdiyeva Mənsimə Böyükağa-  Rəncbər kənd  tam orta məktəbin məzunu.  609 balla Bakı Dövlət Universitetinə qəbul olunmuşdur.
2017-ci ildə 3 nəfər:
Zeynalova Sədaqət Mübariz   – Navahı  qəsəbə 1N- tam orta məktəbin məzunu. 610 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş;
Əzimova Səbinə Qurban - Navahı  qəsəbə 1N- tam orta məktəbin məzunu. 603 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş;
Babayeva Gövhər İbrahim – şəhər 5 Nli tam orta məktəbin məzunu.603 balla Azərbaycan Dövlət Universitetinə qəbul olunmuşdur.
2018-ci ildə 6 nəfər:
Məmmədov Ruslan Mehdi – Şəhər 5 №-li tam oreta məktəbin məzunu. 647 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş;
Kazımova Sura Əliağa– şəhər 7 Nli tam orta məktəbin məzunu. 624 balla Bakı Dövlət Universitetinə qəbul olunmuş;
Məmmədova Mədinə Zahid– Şəhər 6 №-li tam orta məktəbin məzunu. 606 balla Azərbaycan Dövlət Universitetinə qəbul olunmuşdur.                                                                                          
İbrahimov İbrahim Qalib – Rəncbər kənd  tam orta məktəbin məzunu. 664 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.    
Rəhimov Vüsal Elşən – Rəncbər kənd tam orta məktəbin məzunu.  623 balla Bakı Dövlət Universitetinə qəbul olunmuşdur.  
Həsənov Həsən Sahil - Qubalıbaloğlan tam orta məktəbin məzunu. 672 balla Bakı Ali Neft Məktəbinə qəbul olunmuşdur.
2019-ci ildə 3 nəfər:
Cəlalova Jalə Habil   – Şəhər 8 N- tam orta məktəbin məzunu. 654 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş;
Mehdiyeva Ləman Söhrab - Şəhər 8 N- tam orta məktəbin məzunu. 637 balla Azərbaycan Dövlət Universitetinə qəbul olunmuş;
Rəhimli Güləbəstə Elşən – Rəncbər kənd tam orta məktəbin məzunu.629 balla Azərbaycan Dövlət Universitetinə qəbul olunmuşdur.

Ali məktəbə qəbul olunan şagirdlərdən 2 nəfəri: Rəncbər kənd tam orta məktəbinin məzunu Məmmədova Günay Əbülfəz qızı, Talış kənd tam orta məktəbin məzunu Nəcəfquluzadə İsmayıl Famil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Prezident təqaüd”ünə layiq görülmüşdür.


Rayonun pedaqoji işçilərindən 12  nəfəri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif olunmuşdur.

“Əməkdar müəllim” fəxri adına 7 nəfər müəllim layiq görülmüşlər:
Məmmədov Şükür Ömürmalı oğlu – Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri.
Təhməzova İradə Hacı qızı – Şəhər 4 №-li beynəlmiləl tam orta məktəbin ali təhsilli tarix müəllimi.
Əmiraslanov Mehman Bazar oğlu - Talış kənd tam orta məktəbin ali təhsilli tarix müəllimi.
Almazova Gülüstan Bulud qızı – Şəhər  5 №-li tam orta məktəbin direktoru
İbrahimov Əlisoltan Hacıbala oğlu – Rəncbər kənd tam orta məktəbin direktor
Rəsulova Səbinə Əlbala qızı - Şəhər 1 №-li tam orta məktəbin ali təhsilli biologiya müəllimi. 
Gözəlova Kəmilə Kamal qızı –Qarasu kənd tam orta məktəbin Ali təhsilli riyaziyyat müəllimi.
“Tərəqqi” medalına 5 nəfər müəllim layiq görülmüşlər:
İsarfilova Qənimət Oruc  – Rəncbər kənd tam orta məktəbin riyaziyyat müəllimi.
Baxşıyeva Amalya Sədi qızı – Şəhər 1 №-li tam orta məktəbin ali təhsilli ibtidai sinif müəllimi.
Gözəlova Naira Oruc qızı – Navahı qəsəbə 1 №-li tam orta məktəbin ali təhsilli Dil-ədəbiyyat müəllimi.
Talıbova Xuraman İman qızı – Şəhər 8 N-li məktəb - liseyin direktoru.  
 Nuriyeva Reyhan İmran  qızı – UGİŞM-nın direktor müavini.
 
2010-cu ildə şəhər 1 №-li tam orta məktəbin ali təhsilli biologiya müəllimi Rəsulova Səbinə Əlibala qızı “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
2011-ci ildə şəhər 5 №-li tam orta məktəb “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuşdur.
2012-ci ildə Rəncbər kənd tam orta məktəbi “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuşdur.
2012-ci ildə Hacıqabul şəhər 1 №-li tam orta məktəbin biologiya müəllimi Rəsulova Səbinə layihə rəhbəri kimi məktəbin VIII sinif şagirdləri Hüseynov Rüstəm və Mustafayeva Zəminənin hazırladığı layihə Dünyanın 42 ölkəsinin nümayəndələrinin iştirak etdiyi VI Beynəlxalq Layihə Olimpiadasında Bürünc Medala layıq görülmüşdür.  
2014-ci ildə Hacıqabul şəhər 1 №-li tam orta məktəbin biologiya müəllimi Rəsulova Səbinə layihə rəhbəri kimi məktəbin IX sinif şagirdləri Teymurova Səkinə  və Teymurov Fikrətin hazırladığı layihə Dünyanın 47 ölkəsinin nümayəndələrinin iştirak etdiyi VIII Beynəlxalq Layihə Olimpiadasında Bürünc Medala layıq görülmüşdür.   
2016-ci ildə Ümummili lider Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr edilmiş şagirdlər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin  Respublika mərhələsində   Udulu kənd tam orta məktəbinin IX sinif şagirdi Məmmədova Nahidə III yerə layiq görülmuşdür.
2017-ci ildə Hacıqabul şəhər 8 №-li məktəb - liseyin VIIsinif şagirdi Bəşirov Emil - fənn müsabiqələrinin Respublika mərhələsində kimya fənni üzrə II yerə layiq görülmüşdür. 2017-ci ildə Talış kənd tam orta məktəbin   IX şagirdi Ağavəlizadə Fərid -fənn olimpiadasının  Respublika mərhələsində tarix fənni üzrə III yerə layiq görülmüşdür. 2018-ci ildə şəhər 10 saylı  tam orta məktəbin   IX şagirdirləri  -“Ekoloji təmiz məhsul və aqrobio müxtəliflik” mövzusunda illik maarifləndirmə proqramı çərçivəsində məktəblilərin II Respublika müsabiqəsində Əliyeva Rəmziyyə “Meyvəçilik” nominasiyası üzrə I yerə, Qasımova Əzizə isə “Tərəvəzçilik” nominasiyası üzrə II yerə layiq görülmüşdür.  
2017-ci ildə Ümummili lider Heydər Əliyevin anadan olmasının 94 illik yubileyinə həsr edilmiş şagirdlər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin  Respublika mərhələsində  Udulu kənd tam orta məktəbinin X sinif şagirdi Məmmədova Nahidə II yerə layiq görülmuşdür. 
2018-ci ildə Ümummili lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş şagirdlər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin  Respublika mərhələsində  Udulu kənd tam orta məktəbinin IX sinif şagirdi Əsədova Səbinə I yerə layiq görülmuşdür . Hacıqabul rayon Uşaq Gənclər İdman Məktəbi 2003-cü ildə “İlin ən yaxşı İdman Məktəbi” müsabiqəsi üzrə II yer,
2019-cu ildə Hacıqabul şəhər 2 №-li tam orta məktəbin komandası Azərbaycan Respublikası Təhsil , Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət Nazirlikləri tərəfindən keçirilmiş “Məktəblilərin Respublika Yaradıcılıq Festivalı” çərçivəsində “Ekoloji yönümlü və Enerji effektli məktəblərin yaşıl şəbəkəsi” istiqaməti üzrə müsabiqədə II yerə laiq görülmüşdür.

Məktəbin yetirmələrindən :

Nəcəfov Rəhim Fətəli oğlu - gənclərin Beynəlxalq boks turniri I yer 2004-cü il
Nəcəfov Rəhim Fətəli oğlu - Gənclər arasında boks üzrə Azərbaycan birinciliyi I yer
İsgəndərov Hafis Afət oğlu - “Təhsil” RİM RİOEUGİM-nin Gənclər arasında Azərbaycan çempionatı I yer 2003-cü il
Nəcəfov Rəhim Fətəli oğlu – boks üzrə Gənclərin VIII Avropa çempionatı II yer , 2005-ci il,
Behbudov Rüfət Mehman oğlu - gənclərin boks üzrə Avropa birinciliyi II yer 2004-cü il
Nəcəfov Rəhim Fətəli oğlu – gənclərin boks üzrə Dünya çempionatı I yer 2005-ci il
Nəcəfov Rəhim Fətəli oğlu – gənclərin boks üzrə Dünya birinciliyi I yer 2009-cu il
Əkbərov Baloğlan – Azərbaycan Respublikası Yeni-yetmələrin X Respublika oyunları Boks üzrə I yer 2018-ci il.
Cavadov İsmayıl   - “Təhsil” RİM Açıq  birinciliyi. Boks ürzə I yer.2017-ci il.
Nəzərov Riad   -     “Təhsil” RİM Açıq  birinciliyi. Boks ürzə I yer.2016-ci il.
Şahbazov Əlizadə  - “Təhsil” RİM Açıq  birinciliyi. Boks ürzə III yer.2018-ci il
Keçidlər